Yaponiyanın Hönsü adasında 5 bal gücündə zəlzələ baş verib.
“QİA.az”ın xəbərinə görə, bu barədə Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 239 min insanın yaşadığı Haşinohe şəhərindən 78 km cənub-şərqdə olub. Zəlzələnin ocağı 50 kilometr dərinlikdə yerləşib.
Ölən və yaralılar barədə məlumat verilmir.
Rəsmilər sunami təhlükəsinin olmadığını açıqlayıblar.