Yaponiyada sunami təhlükəsi: Əhaliyə xəbərdarlıq edildi

Yaponiyada sunami xəbərdarlığı edilib. Buna səbəb 5.9 bal gücündə baş verən zəlzələ olub.

QİA.az-ın xəbərinə görə, bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat verib.

Yeraltı təkanlar yerli vaxtla saat 8:14-də İdzu adaları yaxınlığında qeydə alınıb. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

İdzu və Oqasavara arxipelaqlarının sakinlərinə sunami ilə bağlı xəbərdarlıq edilib. Dalğanın hündürlüyünün bir metrə çatacağı gözlənilir.

Oxşar Xəbərlər