Yaponiyada vətəndaşların vaksinasiyası dövlət tərəfindən ödənəcək

Dek2,2020
Yaponiyada vətəndaşların vaksinasiyası dövlət tərəfindən ödənəcək

Yaponiya vətəndaşlarının koronavirusa qarşı vaksinasiyasını dövlət öz hesabına edəcək, müvafiq qanun ölkə parlamentinin yuxarı palatasının iclasında qəbul edilib.

“QİA.AZ” xəbər verir ki, bu barədə “RİA Novosti” Yaponiya mənbələrinə istinadən məlumat yayıb.

Yan təsirlər və əczaçılıq şirkətlərinə qarşı iddialar halında xərclər də dövlət büdcəsi tərəfindən ödəniləcək.

Peyvəndlənmənin icbari olmayacağı qeyd edilir.

Dövlət həmçinin peyvəndlərin saxlanma sistemini və izahedici tədbirləri təmin edəcək.

Kütləvi peyvəndləməyə 2021-ci ilin birinci yarısında başlanacağı gözlənilir. İlk əvvəl tibb işçilərinin, yaşlıların və risk qrupundakı insanların peyvənd ediləcəyi planlaşdırılır.

Oxşar Xəbərlər