Yaponiyanın cənub-qərbində vulkan püskürüb

İyn22,2021

Yaponiyanın cənub-qərbindəki Suvanose adasında vulkan püskürməsi baş verib.

QİA.AZ-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat verib.

Bu baxımdan meteoroloqların bölgədə beş ballıq miqyasda üçüncü təhlükə səviyyəsini yaranması qeyd olunur. Bu o deməkdir ki, vulkana 2 km-dən az məsafədə yaxınlaşmaq mümkün deyil.

Adadakı xəsarətlər və dağıntılar barədə məlumat verilməyib. Hazırda təxminən 80 nəfərin yaşadığı kəndin özü vulkandan 4 km uzaq məsafədədir.

Oxşar Xəbərlər