Yaponiyanın daha 2 əyalətində fövqəladə vəziyyət rejimi tətbiq edilib

Yaponiyanın Miyadzaki və Qifu əyalətində koronavirusa görə fövqəladə vəziyyət rejimi elan edilib.

QİA.
AZ xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.Bildirilib ki, Yaponiyanın cənub-qərbində yerləşən Miyadzaki prefekturasında yanvarın 9-da son sutkada 105 yoluxma qeydə alınıb.Bu, sutkada 2 mindən çox yoluxma hadisəsi qeydə alınan ölkə paytaxtı Tokiodakı pandemiya vəziyyəti ilə müqayisədə elə də əhəmiyyətli rəqəm deyil. Ancaq sayına görə Miyadzakidə 100 min nəfərə 35 yoluxma faktı düşür.Qifuda isə fövqəladə vəziyyət rejimi yanvarın 9-dan fevralın 7-dək tətbiq ediləcək. Yerli hakimiyyət bu tədbiri sutkalıq yoluxmanın 50 nəfəri keçməməsi üçün həyata keçirir.Qeyd edək ki, yanvarın 8-də Tokio və ona qonşu olan Osaka, Kioto, Xyoqo prefekturalarında da fövqəladə vəziyyət rejimi tətbiq olunub.

Oxşar Xəbərlər