Yaponiyanın paytaxt zonasında fövqəladə vəziyyət rejimi tətbiq olunacaq

Yan7,2021
Yaponiyanın paytaxt zonasında fövqəladə vəziyyət rejimi tətbiq olunacaq

Yaponiya hökuməti koronavirusun sürətlə yayılması səbəbi ilə Tokio, Kanaqava, Saitama və Tiba prefekturalarını əhatə edən 37,2 milyonluq Böyük Tokio paytaxt zonasında fövqəladə vəziyyət rejimi tətbiq edəcək.

“QİA.AZ” TASS-a istinadən xəbər verir ki, bu barədə hökumətin infeksiyaya qarşı mübarizə qərargahının rəhbəri Yasutosi Nisimura parlament qarşısında hesabat verərkən bildirib.

“Yeni koronavirusa qarşı xüsusi tədbirlər haqqında qanuna uyğun olaraq, paytaxt regionunda fövqəladə vəziyyət rejimi tətbiq ediləcək”, – o deyib.

Xatırladaq ki, yanvarın 4-də Yaponiyanın baş naziri Yosihide Suqa hökumətin Böyük Tokio regionunda koronavirusla əlaqədar vəziyyətin kəskinləşməsi ilə əlaqədar fövqəladə rejim elan etmə variantını nəzərdən keçirəcəyini söyləmişdi. Rejimin bir ay müddətinə nəzərdə tutulduğu gözlənilir.

Yaponiyada vəziyyət noyabr ayının əvvəlindən pisləşməyə başlayı, dekabrda isə yoluxanların və ölənlərin sayında gündəlik artımlar mütəmadi olaraq rekordlar vurub. Yanvarın 6-da yoluxma sayında yenidən pik nöqtə yaşanıb – 6 001 fakt.

Oxşar Xəbərlər