Yaqut Qarayeva: “Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır”

May6,2021 #Yaqut Qarayeva

“Ən çox yeni yoluxmanı noyabr və dekabr aylarında görürdük. Bu zaman aparılan testlərdə 30 % pozitiv nəticələr var idi”.

“QİA.az”-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.

Y. Qarayeva bildirib ki, yanvarın 18-dən Azərbaycanda vaksinasiya prosesi başlayıb: “Bundan sonra yoluxma maksimum 2000-2500-ə çatdı. Bu gün biz kəskin karantin rejiminə getmədən sosial həyatda bəzi aktivlikləri saxlayaraq, yoluxma sayında enmələr müşahidə edirik. Yoluxma əmsalı 10 %-ə yaxınlaşır. Bu, çox yaxşı vəziyyətdədir. Bu gün Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır”.

Sənubər İsgəndərlidən TƏBİB-ə brifinqlə bağlı müraciət

Oxşar Xəbərlər