Yardımlıda 1 yaşlı körpə quyuya düşərək ölüb

Yardımlı rayonunda dəhşətli hadisə baş verib.

“QİA.az”ın xəbərinə görə, rayonun Vərgədüz kənd sakini 1 yaşlı Nəriman Tağılı yaşadığı evin həyətində quyuya düşərək vəfat edib.

Hadisə zamanı körpənin nəzarətsiz qaldığı bildirilir.

Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Oxşar Xəbərlər