Yasamal rayonu

Dek26,2020
Yasamal rayonu

Yasamal rayonu — Bakıda rayon. Səbail, Qaradağ, Binəqədi və Nəsimi rayonları ilə həmsərhəddir. Yasamal rayon Bakı şəhərinin qərb hissəsini təşkil edir. Keçmiş adı Oktyabr rayonu olmuşdur. Oykonim ərazidəki Yasamal dərəsinin adı ilə adlandırılmışdır.

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonu inzibati ərazi vahidi kimi 1932-ci ildə yaradılmışdır, rayon cənubdan Səbail (3 km), qərbdən Qaradağ (3,2 km), şimaldan Binəqədi (2,8 km) və şərqdən Nəsimi (5 km) rayonları ilə həmsərhəddir. Rayonun ərazisi 16,22 kv.km-dir.

Rayon ərazisindən — cənubdan “Qurd qapısı”ndan və Badamdar qəsəbəsindən keçərək Bakı-Qazax və Bakı-Astara, qərbdən — Yeni Yasamal massivindən keçərək Bakı dairəvi yol vasitəsilə Bakı-Qazax, Bakı-Astara və Bakı-Yalama, şimaldan — Biləcəri enişi vasitəsi ilə Bakı-Qazax və Bakı-Yalama magistrallarına çıxış vardır.

Rayon əhalisinin sayı 245 900 nəfərdir. Rayon ərazisində 11 işğal olunmuş rayondan məcburi köçkünlər yaşayır. Bunlardan 5497 ailə — 20 550 nəfər məcburi köçkün bu günədək rayon İcra Hakimiyyətində qeydiyyatdan keçmişdir:

Qeydiyyatda olan rayon əhalisinin sıxlığı 1 kv.km-ə 15 160 nəfər düşür. Rayon əhalisinin 118 776 nəfərini, yəni 48.5 faizini kişilər, 126 124 nəfərini, 51.5 faizini qadınlar təşkil edir.

Rayon ərazisində 8 ali təhsil müəssisəsi, 5 orta ixtisas təhsil müəssisəsi, 4 musiqi məktəbi, 30 uşaq bağçası-körpələr evi, 28 orta ümumtəhsil məktəbi (lisey, gimnaziya) fəaliyyət göstərir ki, burada işləyən müəllimlərin sayı 3076 nəfər, şagirdlərin sayı isə 29 643 nəfərdir.

Metropolitenin “Nizami”, “Elmlər Akademiyası”, “İnşaatçılar” və “20 Yanvar “ metro stansiyaları rayon ərazisindədir.

Rayonun seçkili yerli özünüidarəetmə orqanı Yasamal bələdiyyəsidir.

Rayon ərazisində Azərbaycan Respublikasının seçkili orqanlarına seçkilər üzrə üç seçki dairəsi — 15 saylı Yasamal I seçki dairəsi, 16 saylı Yasamal II seçki dairəsi, 17 saylı Yasamal III seçki dairəsi və bir müştərək — 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi formalaşdırılmışdır.

Tarixi

1932-ci ildə yaradılmış Oktyabr rayonu 29 aprel 1992-ci ildə Yasamal rayonu adlandırılmışdır.

Əhalisi

Bakı şəhəri Yasamal rayonunun əhalisi 01.01.2018-ci il tarixə rəsmi qeydiyyatda 246 300 nəfərdir. Bundan başqa rayonda Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən 5497 ailə (20 550 nəfər) müvəqqəti məskunlaşmışdır. Əhalinin yaş tərkibi:

  • 0 — 4 yaş — 20 900 nəfər;
  • 5 — 14 yaş — 26 302 nəfər;
  • 15 — 29 yaş — 60 507 nəfər;
  • 30 — 64 yaş — 121 389 nəfər;
  • 65 yaşdan yuxarı — 20 117 nəfər.

Rayonun məşğul əhalisinin sayı — 133 840 nəfər; Əmək qabiliyyətli əhalinin sayı — 144 863 nəfərdir.

Rayonun iqtisadiyyatı

Bakı şəhərinin mərkəzi rayonlarından biri olan Yasamal rayonunun ərazisi 16,22 kv.km, əhalisi 246 300 nəfərdir. Rayon ərazisində 20 550 nəfər məcburi köçkün yaşayır. Yasamal rayonunda Müdafiə Sənayesi Nazirliyinə tabe olan “Alov” və “Azon” zavodları, “Azərsuvenir” MMC daxil olmaqla 152 sənaye müəssisəsi fəaliyyət göstərir. Rayonda ümumi sayı 9153 ədəd olan müxtəlif kateqoriyalı təsərrüfat obyektləri fəaliyyət göstərir ki, bu təsərrüfat obyektlərində də 100 382 nəfər fəhlə və qulluqçu işləyir. Bu müəssisələrdə orta aylıq əməkhaqqı 622,7 manat olmuşdur. 2017-ci ildə Yasamal rayonunun makroiqtisadi göstəriciləri aşağıdakı kimi olmuşdur:

  • Sənaye məhsulunun ümumi həcmi 353,421 mln. manat,
  • Əsas kapitala yönəldililən investisiyalar 299,604 mln. manat,
  • Əsas kapitala yönəldilən ümumi investisiyadan tikinti-quraşdırma işləri 240,059 mln. manat,
  • Öz gücləri ilə yerinə yetirilən podrat işlərin həcmi 603,872 mln. manat.
  • Nəqliyyat sektorunda xidmətlərin həcmi 2432,532 mln. manat.
  • İnformasiya və rabitə xidmətlərinin həcmi 659,695 mln. manat.
  • Parakəndə ticarət dövriyyəsi 2665,674 mln. manat
  • Əhaliyə göstərilən ödənişli xidmətlər 1235,517 mln. manat.
  • Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 655,1 manat

2018-ci ilin yanvar ayının 1-nə olan məlumata görə Yasamal Telefon Qovşağının ümumi nömrə tutumu 179 832 ədəd, əhalinin istifadəsində olan nömrələrin sayı 152 888 ədəddir.

Mədəniyyət

Yasamal rayonu Bakının ən sıx məskunlaşılmış rayonu olması səbəbilə, buranın mədəniyyəti özəldir.

Mədəniyyət mərkəzləri

  • A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzi
  • İ.Əbilov adına  Mədəniyyət Mərkəzi
  • Azərbaycan Dövlət Uşaq Filarmoniyası
  • Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı
  • C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası

Muzeylər və ev muzeyləri

  • C.Cabbarlının ev muzeyi
  • Ü.Hacıbəyovun ev muzeyi
  • C.Məmmədquluzadənin ev muzeyi
  • L və M Rastropoviçlərin ev muzeyi

Kitabxanalar

  • M.Ş.Vazeh adına kitabxana
  • Filial № 1 Ə.Vahid adına kitabxana-muzey
  • Filial № 2 A.Şaiq adına uşaq  kitabxanası
  • Filial № 3 Musabəyov adına kütləvi kitabxana
  • Filial № 4 X.Natəvan adına kitabxana
  • C.Cabbarlı adına Respublika gənclər kitabxanası

Musiqi məktəbləri

  • Vaqif Mustafazadə adına 2 saylı incəsənət məktəbi
  • Əhməd Bakıxanov adına 6 saylı uşaq musiqi məktəbi
  • Niyazi adına 22 saylı uşaq musiqi məktəbi
  • Kövkab Səfərəliyeva adına 16 saylı musiqi məktəbi
  • Füzuli  rayon Aybasanlı uşaq musiqi məktəbi

Səhiyyə

  • 3 saylı şəhər poliklinikası
  • 16 saylı şəhər poliklinikası
  • 19 saylı şəhər poliklinikası
  • 30 saylı şəhər poliklinikası
  • 39 saylı şəhər poliklinikası
  • 1 saylı Tələbə Poliklinikası
  • 2 saylı qadın məsləhətxanası
  • 2 saylı uşaq stomatoloji poliklinikası
  • 5 saylı uşaq poliklinikası
  • 10 saylı uşaq poliklinikası
  • 13 saylı uşaq poliklinikası
  • Akademik M.Ə.Qasımov adına Respublika Klinik Xəstəxanası
  • Mərkəzi dənizçilər xəstəxanası
  • Respublika Uşaq xəstəxanası
  • Uşaq Nevroloji xəstəxanası
  • Milli Onkoloji Mərkəz
  • Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzi
  • Respublika ictimai səhiyyə və islahatlar mərkəzi
  • V.Axundov adına Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutu
  • Narkoloji dispanser
  • Dəri-Zöhrəvi

Milli Elmlər Akademiyasının institutları

  • Fizika institutu
  • İdarəetmə Sistemləri institutu
  • Nizami Gəncəvi adına Ədəbiyyat institutu
  • Nəsimi adına Dilçilik institutu
  • Riyaziyyat və mexanika institutu
  • Memarlıq və İncəsənət institutu
  • Radiasiya problemləri institutu
  • Kataliz və qeyri-üzvi kimya institutu
  • Geologiya və Geofizika institutu
  • Həsən Əliyev adına Coğrafiya institutu
  • Torpaqşünaslıq və aqrokimya institutu
  • Arxeologiya və Etnoqrafiya institutu
  • A.İ.Qarayev adına Fiziologiya institutu
  • Tarix institutu
  • Şərqşünaslıq institutu
  • Fəlsəfə institutu
  • İqtisadiyyat institutu

Orta ixtisas təhsili məktəbləri

  • Azərbaycan Dövlət Pedaqoji Kolleci
  • 1 saylı Bakı Tibb Kolleci
  • 2 saylı Bakı Baza Tibb Kolleci
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci
  • İnşaat Kolleci

Ümumtəhsil məktəbləri

  • Ş.Əfəndizadə adına 13 saylı tam orta məktəb
  • M.Müşfiq adına 18 saylı tam orta məktəb
  • A.Hüseynzadə adına 20 saylı tam orta məktəb
  • E.Məmmədov adına 21 saylı tam orta məktəb
  • A.Ağaverdiyev adına 31 saylı tam orta məktəb
  • A.Məmmədov adına 38 saylı tam orta məktəb
  • M.Cuvarlinski adına 52 saylı tam orta məktəb
  • 53 saylı tam orta məktəb
  • P.Nəzərov adına 60 saylı tam orta məktəb
  • F.Rzayev adına 150 saylı tam orta məktəb
  • M.İbrahimov adına 153 saylı tam orta məktəb
  • 158 saylı tam orta məktəb
  • İ.İbrahimov adına 167 saylı tam orta məktəb
  • N.Tusi adına 173 saylı tam orta məktəb
  • H.Aslanov adına 175 saylı tam orta məktəb
  • 176 saylı tam orta məktəb
  • T.Abbasov adına 225 saylı tam orta məktəb
  • 286 saylı tam orta məktəb
  • 308 saylı tam orta məktəb
  • Bakı Avropa liseyi
  • Respublika Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Lisey
  • Respublika İncəsənət Gimnaziyası
  • Akademik Zərifə Əliyeva adına lisey
  • BDU-nun nəzdində “Gənc istedadlar” liseyi
  • Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fizika-riyaziyyat təmayüllü lisey
  • Avropa Azərbaycan məktəbi

Məktəbdənkənar təlim tərbiyə müəssisəsi

  • 4 nömrəli Uşaq İnkişaf Mərkəzi

Köçkün tam orta məktəbləri

  • Ağdam rayon 88 saylı tam orta məktəb
  • Füzuli rayon 4 saylı tam orta məktəb
  • Füzuli rayon 47 saylı tam orta məktəb
  • Cəbrayıl rayon Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbi
  • Laçın rayon 19 saylı tam orta məktəb
  • Laçın rayon 34 saylı tam orta məktəb
  • Laçın rayon 35 saylı tam orta məktəb
  • Şuşa şəhər 1 saylı tam orta məktəb
  • Zəngilan rayon 21 saylı tam orta məktəb

Rayon deputatları

ŞəkilSoyadı, adı, atasının adıPartiyaSeçildiyi məntəqə
Quliyev Ülvi Zahid oğluBitərəf15 saylı Yasamal 1-ci Seçki Dairəsi
Mustafayeva Aytən İnqilab qızıBitərəf16 saylı Yasamal 2-ci Seçki Dairəsi
Zabelin Mixail YuryeviçYAP12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsi

Milli Qəhrəmanlar

ŞəkilSoyadı, adı, atasının adı
Babayev Çingiz Adil oğlu
Əhmədov Əsəd Cəlal oğlu
Xəlilbəyli Təbriz Xəlil Rza oğlu
İbrahimov Mirələkbər Mirələsgər oğlu
İbrahimov Rasim Səxavət oğlu
Quliyev Vahid Həbibulla oğlu
Məmmədov Eldar Harun oğlu
Məcidov Eldar Tofiq oğlu
Mirzəyev Murad Telman oğlu
Mirzəyev Yusif Vəli oğlu
Senyuşkin Sergey Aleksandroviç
Şahbazov Fəxrəddin İbrahim oğlu
Şikarov Şikar Şükür oğlu
Zülfüqarov Elxan Qaçay oğlu

20 Yanvar Şəhidləri

Sıra SayıSoyadı, adı, atasının adıDoğulduğu tarix
1Bünyadzadə Ülvi Yusif oğlu23.09.1969
2Mirzəyev Azad Əliheydər oğlu22.01.1961
3Allahverdiyev İlham Əjdər oğlu12.06.1962
4Allahverdiyeva Fərizə Coban qızı11.08.1970
5Əliyev Namiq Kamil oğlu14.07.1965
6Məmmədov Eldar Zeynal oğlu13.05.1966
7Babayev Fuad Yavər oğlu14.08.1967
8Əliyev Xəlqani Yusif oğlu13.08.1969
9Qarayev İlqar Əli oğlu10.09.1960
10Ələkbərov Azər Nəsib oğlu09.08.1967
11Baxşəliyev Elçin Mirzə oğlu12.02.1965
12Salahov Şərafətdin Müzəffər oğlu11.09.1963
13Abbasova Fəridə Nəriman qızı14.02.1952
14Qocamanov Əliyusif Bilal oğlu01.06.1933
15Mursaqulov İsmayıl Həsən oğlu13.11.1939
16Əliyev Zəbulla Xeyrulla oğlu06.03.1946
17Ağaverdiyev Aslan Əlikram oğlu24.08.1952
18Cavanşirov İlkin Zülfüqar oğlu28.08.1933
19Səfərov Bəfadar Ağamirzə oğlu08.03.1923
20Qəniyev Mirzə Rzabala oğlu26.01.1958
21Həsənov Müzəffər Qəzənfər oğlu05.02.1939
22Məmmədov Səxavət Heydərəli oğlu02.04.1958
23Muxtarov Rasim Mustafa oğlu10.07.1955
24Yusifov Oleq Kərim oğlu28.03.1944
25Hüseynov Nizami Polad oğlu01.04.1967
26Allahverdiyev Nəriman Əmrah oğlu11.10.1939
27Meeroviç Jan Maksoviç02.12.1955
28Xalıqov Gündüz Canmirzə oğlu15.03.1949
29İbrahimov İlqar Rəşid oğlu13.10.1976
30Həsənov Fuad Əvəz oğlu11.07.1971
31İsmayılov Cavad Yunus oğlu19.05.1962
32Gülüşov Hidayət Əliməmməd oğlu25.04.1958
33Məmmədov Fərman Süleyman oğlu20.04.1956
34Məmmədov İlham İslam oğlu1951
35İsmayılov Rövşən Mikayıl oğlu16.04.1960
40°23′03″ şm. e. 49°46′33″ ş. u.
Ölkə Azərbaycan
Əvvəlki adıOktyabr rayonu (1936—1992)
DaxildirBakı
İcra başçısıElşad Həsənov
Tarixi və coğrafiyası
Yaradılıb1932
Sahəsi16,2 km²
Saat qurşağıUTC+04:00
Əhalisi
Əhalisi246 300 nəfər (2018)
Rəsmi diliAzərbaycan dili
Rəqəmsal identifikatorlar
Telefon kodu+994 12
Poçt indeksiAZ1005, AZ1006, AZ1009, AZ1011, AZ1012, AZ1017
Avtomobil nömrəsi10, 90

Oxşar Xəbərlər