“YAŞAT” Fondunun ödədiyi vəsaitin qarşı tərəfdən təyinatına görə istifadə olunmaması istisna hal deyil”.
“QİA.AZ” xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, yalnız ev məsələsində şəxsin özünə vəsait ödənlir və bununla bağlı akt imzalanır:
“Əgər vəsait təyinatına uyğun istifadə edilməyibsə, eyni məsələ ilə bağlı müraciətə baxılmayacaq. Çünki həmin şəxsə bununla bağlı ödəniş edilib. Biz şəhid ailələrinin qarşısında öhdəlik qoya bilmərik. Əgər bunu da etməyəsəksə, ictimaiyyət qarşısında qınağa çevrilməsini də istəmirik”.