Yaxın 3 ayda müəllimlərin sertifikasiyası gözlənilmir – RƏSMİ

Yaxın 3 ayda müəllimlərin sertifikasiyasının keçirilməsi nəzərdə tutulmur.

QİA.AZ-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, buna səbəb pandemiyaya görə qeyri-müəyyənliyin olmasıdır: “Amma bu il hansısa qrup üzrə sertifikasiyanın keçirilməsinə ümid edirik. Bunun payız aylarında olmasını nəzərdə tuturuq. Sertifikasiya qəfil ola bilməz, əvvəldən məlumat verilməlidir. Bunlar pandemiya ilə bağlıdır, pandemiya olmasaydı, bəlkə də proses artıq başlamışdı”.

Oxşar Xəbərlər