Yay məktəbinə 177 min 935 şagird müraciət edib – Emin Əmrullayev

Yay məktəbinə 177 min 935 şagird müraciət edib.

QİA.AZ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev iyunun 10-da feysbuk üzərindən təşkil olunan canlı yayımda deyib.

O bildirib ki, müraciət edən şagirdlər 2653 məktəbi əhatə edir.

Xatırladaq ki, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə iyunun 16-dan etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla yay məktəbinin təşkil ediləcək. İyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən olunacaq.

Yay məktəbində bütün ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edə bilərlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 3 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 4 saat olmaqla təşkil olunacaq. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçiriləcək. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə veriləcək.

Oxşar Xəbərlər