“Yay məktəbi”ndə dərs deyəcək müəllimlər məktəbdaxili tənzimlənmə vasitəsi ilə seçiləcəklər”.
“QİA.az” xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O qeyd edib ki, iki həftəlik “Yay məktəbi” bitdikdən sonra müddətin yenidən uzadılması nəzərdə tutulmayıb: “Açıq havada və ya məktəbin həyətində dərs keçmək yaxşı ideyadır. Lakin məktəndənkənar ərazilərdə bunu təşkil etmək düzgün deyil”.
V.Yayublu əlavə edib kİ, “Yay məktəbi”nin təşkili bütün məktəblər üçün keçərlidir: “Bir dərs müddəti 45 dəqiqə olacaq”.
Qeyd edək ki, iyunun 16-dan etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur. İyunun 30-dək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.