Yaylagül Ramazanova: “Ümid edirdim ki, yarışda medal qazanacam”

“Ümid edirdim ki, yarışda medal qazanacağam”.

“Report” xəbər verir ki, bunu Azərbaycanın kamandan oxatanı Yaylagül Ramazanova Fransa paytaxtında təşkil olunan Yay Olimpiya Oyunlarındakı çıxışı bağlı danışarkən deyib.

O, olimpiadaya çox yaxşı hazırlaşdığını bildirib:

“Olimpiadaya çox yaxşı hazırlaşmışdım. Gündə iki dəfə məşq edirdim. Ümid edirdim ki, yarışı medalsız başa vurmaram. Təəssüf ki, alınmadı. Düşünürəm ki, bu mənim üçün böyük təcrübə oldu”.

Qeyd edək ki, Y.Ramazanova kamandan oxatma yarışlarının 1/32 finalında çinli An Qixuana qalib gəlib. İdmançımız növbəti mərhələdə almaniyalı Mişel Kroppenə uduzaraq yarışla vidalaşıb.

Oxşar Xəbərlər