Yeni il bayramı ilə əlaqədar bir həftə iş olmayacaq-QƏRAR

Yeni il bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilib.

QİA.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü ilin 4 və 5 yanvar iş günləri ilə müvafiq olaraq 2023-cü ilin 30 dekabr və 2024-cü ilin 7 yanvar istirahət günlərinin yerləri dəyişdirilib.

Belə ki, 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 1 və 2 yanvar isə Yeni il bayramıdır. Bu il 30 dekabr şənbə, 31 dekabr bazar, eləcə də 2024-cü ilin 7 yanvar tarixləri bazar günlərinə təsadüf edir.

Gələn il yanvarın 6-sı şənbə gününə təsadüf etdiyi üçün Yeni il bayramı ilə əlaqədar bir həftə – bu il dekabrın 31-i, gələn il isə yanvarın 1-i, 2-si, 3-ü, 4-ü, 5-i və 6-sı qeyri-iş günü olacaq.

Yeni ilin ilk iş günü isə yanvarın 7-də olacaq.

Oxşar Xəbərlər