Yeni Kaledoniyada “Dəmir Yumruq” şüarı altında növbəti etiraz aksiyası keçiriləcək

Mar31,2024

Aprelin 2-də Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində Fransa müstəmləkəçiliyinə qarşı növbəti etiraz aksiyası keçiriləcək.

QİA.az xəbər verir ki, aksiya “Dəmir Yumruq” şüarı altında baş tutacaq və etiraz mitinqində “Bakı Təşəbbüs Qrupu”nun loqosu əks olunacaq.

Qeyd edək ki, Yeni Kaledoniyada avtoxton əhali – Kanak öz hüquqları uğrunda mübarizəni davam etdirir. Son vaxtlarda keçirilən bütün etiraz aksiyalarında Azərbaycana minnətdarlıq əlaməti olaraq Yeni Kaledoniya bayraqları ilə yanaşı, Azərbaycanın Dövlət Bayrağı, Prezident İlham Əliyevin portreti və “Dəmir Yumruq” təsviri olan plakatlar qaldırır.

Martın 28-də baş tutan sonuncu aksiyada etirazçılar Azərbaycanın dövlət atributunu ön cərgədə daşıyıb, tribunaya sancıblar. Hətta bəzi aksiya iştirakçılarının əynindəki köynəklərin üzərində Azərbaycan və kanak bayraqları olub.

Oxşar Xəbərlər