Yeni tədqiqatlar Böyük Partlayış nəzəriyyəsini şübhə altında qoyur

Yeni tədqiqatlar Böyük Partlayış nəzəriyyəsini şübhə altında qoyur

Kainatın Böyük Partlayış nəticəsində yaranması nəzəriyyəsinin banilərindən biri olan Pol Steynhardt indi özü həmin nəzəriyyəni tənqid etməyə başlayıb. O, Böyük Partlayışın zamanın başlanğıcı deyil, Kainatın daralma və genişlənməsinin təkrarlanan dövri proseslərindən biri olduğuna dair alternativ model təklif edir.

“QIA.AZ” xəbər verir ki, bunu ABŞ-ın “Quanta” elmi dərgisi yazıb.

Məqalədə qeyd olunub ki, Kainatın törənməsi haqqında ümumqəbul edilmiş nəzəriyyə belə səslənir: təxminən 14 milyard il öncə heç nədən materiallaşan nəhəng bir enerji kütləsi bir anda Kainatı şar kimi şişirdib. Sürətli genişlənmə nəticəsində əyrilik hamarlanıb, materiya isə qarışıb və Kainat indiki – düz və hamar şəklini alıb. Hissəciklər yığıntıları qalaktika və ulduzları meydana gətirib, lakin, bununla belə, bunların hamısı böyük ölçüdə homogen olan kosmosda xırda ləkələrdir.

Dərsliklərdə adətən Kainatın inflyasiya modeli adlandırılan bu nəzəriyyə indiyədək edilən bütün müşahidələrə uyğundur və əksər kosmoloqların etibarını qazanıb. Lakin, görünür, hamısının deyil.

Oxşar Xəbərlər