Yenidən qurulan Xaqani bağından GÖRÜNTÜLƏR

May23,2024

Bakının Səbail rayonunda yerləşən Xaqani bağında yenidənqurma işləri davam edir.

QİA.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Belə ki, Xaqani bağının ətrafındakı maşın yolları və pilləkənlər sökülür.

Boş yerlərə isə yeni ağaclar əkiləcək və yaşıllıq işləri aparılacaq.

Qeyd edək ki, hazırlanmış xüsusi layihə əsasında Xaqani bağı və ətraf ərazilərin abadlaşdırılması həyata keçirilir.

Oxşar Xəbərlər