Yerevanda gecə saatlarında atışma baş verib.
QİA.AZ-ın erməni KİV-lərinə istinadən məlumatına görə, hadisə nəticəsində 4 nəfər yaralanıb.
Yaralılar arasında Yerevan bələdiyyələrinin başçıları da var.
Qeyd olunur ki, atışma kazinonun qarşısında baş verib. İnsidentlə əlaqədar Ermənistanın şəhərlərindən birinin meri axtarışa verilib.