Yerevanda növbəti aksiya: Paşinyanın istefası tələb edilir

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar davam edir.

QİA.AZ-ın erməni KİV-lərinə istinadən məlumatına görə, yürüşdə yüzlərlə müxalifət tərəfdarı qatılıb.

Etirazçılar “xəyanətkar Nikol”, “Nikolsuz Ermənistan” şüarları səsləndirirlər.Xatırladaq ki, noyabrın 9-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin imzaladığı bəyanatdan sonra Ermənistanda Nikol Paşinyanın istefası tələbilə mitinqlər keçirilir. Mitinqlərin əsas təşkilatçıları “Daşnaksütun”, “Ana Vətən” və “Çiçəklənən Ermənistan” partiyalarıdır.

Oxşar Xəbərlər