Yerevanda növbəti etiraz aksiyası başlayır

Dek23,2020

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti etiraz aksiyası başlayıb.

QİA.AZ-ın erməni KİV-lərinə istinadən məlumatına görə, aksiya iştirakçıları paytaxtın mərkəzindəki Respublika meydanına toplaşmağa başlayıb.

Qeyd edək ki, onlarla etirazçı ötən gündən etibarən meydanda gecələyir. N.Paşinyanın istefasını tələb edənlər çadırlar qurmağa başlayıblar.

Xatırladaq ki, Ermənistanda etiraz aksiyaları noyabrın 10-dan etibarən davam edir.

Oxşar Xəbərlər