Ermənistanın “Adekvad” müxalifət partiyasının üzvü, “Bloqnyuz” xəbər saytının rəhbəri Konstantin Ter-Nakalyan ölkənin baş nazirinin mövqeyi ətrafında yaranan mübahisəyə görə naməlum şəxslərin hücumuna məruz qalıb.
Bu barədə “QİA.AZ” xarici mətbuata istinadən xəbər verir.
“Konstantin Ter-Nakalyan hücuma məruz qaldı. İki naməlum şəxs Nikol Paşinyanın mövqeyini müdafiə edərək küçədə onunla münaqişə yaratdı. Onun üzünə və ayağına soyuq silahla zərbələr endirilib”, – hüquq müdafiəçisi Ruben Melikyan özünün feysbukdakı səhifəsində bildirib.
Onun sözlərinə görə, hücuma görə məsuliyyət vətəndaş toqquşmalarını başlayan Paşinyanın üzərinə düşür.