Yerevanda Paşinyana görə müxalifətçiyə hücum edilib

Noy17,2020
Yerevanda Paşinyana görə müxalifətçiyə hücum edilib

Ermənistanın “Adekvad” müxalifət partiyasının üzvü, “Bloqnyuz” xəbər saytının rəhbəri Konstantin Ter-Nakalyan ölkənin baş nazirinin mövqeyi ətrafında yaranan mübahisəyə görə naməlum şəxslərin hücumuna məruz qalıb.

Bu barədə “QİA.AZ” xarici mətbuata istinadən xəbər verir.

“Konstantin Ter-Nakalyan hücuma məruz qaldı. İki naməlum şəxs Nikol Paşinyanın mövqeyini müdafiə edərək küçədə onunla münaqişə yaratdı. Onun üzünə və ayağına soyuq silahla zərbələr endirilib”, – hüquq müdafiəçisi Ruben Melikyan özünün feysbukdakı səhifəsində bildirib.

Onun sözlərinə görə, hücuma görə məsuliyyət vətəndaş toqquşmalarını başlayan Paşinyanın üzərinə düşür.

Oxşar Xəbərlər