Yevgeni Jukov: “Azərbaycan və Ermənistan arasında sülh iqtisadi dəhlizlərin açılmağına kömək edəcək”

“Asiya İnkişaf Bankı (ADB) ümid edir ki, Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülh sazişi əldə olunacaq, çünki bu, regiona kifayət qədər əhəmiyyətli olan iqtisadi dəhlizlər açmağa kömək edəcək”.

QİA.az xəbər verir ki, bu barədə “Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov brifinq zamanı bildirib.

“Bu, təkcə Ermənistan üçün deyil, bizim regionumuzun digər ölkələri ilə də ticarəti daha da şaxələndirməyə imkan verə bilərdi”, – o vurğulayıb.

Y.Jukov, həmçinin qeyd edib ki, bank bu məsələlərdə Ermənistan hökuməti ilə əməkdaşlığa ümid edir

Oxşar Xəbərlər