Yevgeni Jukov: “Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib”

May4,2024

Azərbaycanda neft hasilatının azalması ölkədə iqtisadi artıma əhəmiyyətli dərəcədə təsir göstərib.

QİA.az “Report”un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata istinad ilə xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (ADB) Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov brifinq zamanı bildirib.“Ötən il Qafqaz və Mərkəzi Asiyada iqtisadi artım 5,3 % səviyyəsində qalıb və 2024-cü ildə 4,3 %-ə qədər yavaşlaması, 2025-ci ildə isə 5 %-ə qədər bərpa olunacağı gözlənilir”, – Baş direktor vurğulayıb.Y.Jukov qeyd edib ki, Qazaxıstanda iqtisadi artım həm neft, həm qeyri-neft sektorları, həm də özəl və dövlət investisiyaları hesabına sürətlənib və 2023-cü ildə 5,1 %-ə çatıb: “Lakin Azərbaycanda iqtisadi artıma neft hasilatının azalması əhəmiyyətli dərəcədə təsir edib”.

Oxşar Xəbərlər