Yevlax-Köçərli dəmir yolu xətti bərpa olunacaq – RƏSMİ

Bərdə-Köçərli dəmir yolu xətti bərpa olunacaq.

QİA.AZ-ın məlumatına görə, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur Departamenin rəis müavini Elçin Məmmədov bildirib. Onun sözlərinə görə, bu xətt ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdədən Ağdama gedən bir hissəsdir:

“Bildiyimiz kimi, Bərdə-Ağdam dəmir yolu xəttinin yenidən qurulması üçün Cənab Prezident sərəncam imzaladı. Azad olunmuş ərazilərdə düşmənə aid olan xeyli sayda partlamayan mina var və bunların hamısı aidiyyəti qurumlar tərəfindən təmizlənəcək. Bu işlər qurtardıqdan sonra isə tikinti işlərinə start veriləcək.

Dəmir yolunun tikintisi asan iş deyil, orada relslərin döşənməsi üçün öncə torpaq yatağında işlər görmək lazımdır. Bunlar edildikdən sonra artıq dəmir yolunun üst quruluşunda işlər görüləcək. Hazırda bu xəttin yalnız Yevlaxdan Köçərliyə qədər olan hissəsi fəaliyyətdədir və qeyd edim ki, bu hissə də bərpa olunacaq”.

Oxşar Xəbərlər