Xəbər verdiyimiz kimi, martın 2-də Yevlax şəhərində Həsrət Bəkirov ailə münasibətləri zəminində arvadı Laləzar Bəkirovaya kəsici alətlə xəsarət yetirərək qəsdən öldürüb.
Hadisədən sonra Həsrət Bəkirov könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.
H.Bəkirovun anası Diliş Bəkirova hadisə ilə bağlı Baku TV-yə danışıb. Ananın sözlərinə görə, oğlu qətli törətdikdən sonra onu oyadaraq gəlinin qan içində olduğunu söyləyib: “Qonşularımı çağırdım ki, gəlinim ölüb, kömək edin. Oğlumun uşaqlıqdan psixi xəstəliyi olub”.
Yaxınlarının sözlərinə görə, H.Bəkirovun psixoloji problemləri olub. Hətta bir müddət Gəncə Şəhər Psixiatriya Xəstəxanasında müalicə alıb. Ancaq sonradan oradan qaçıb.