Yevlaxda yanğın olub, xəsarət alan var

Fev23,2021

Yevlaxda xəsarətlə nəticələnən yanğın hadisəsi baş verib.

“QİA.AZ”ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, hadisə Bəydili kəndində qeydə alınıb.

Kənddə ümumi sahəsi 40 m² olan kürsülü birmərtəbəli evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar Xəbərlər