Yığmamız Türkiyədə TMT-yə başlayıb

Yan26,2021
Yığmamız Türkiyədə TMT-yə başlayıb

Şose velosipedi üzrə Elit, U23 və gənclərdən ibarət yığma komandalarımız Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təlim-məşq toplanışında iştirak etmək üçün Türkiyənin Alanya bölgəsinə yola düşüb. Baş məşqçi Əbülfəz Məmmədovun rəhbərliyi altında fevralın 5-dək davam edəcək hazırlıq prosesində 10 idmançımız iştirak edəcək.

Fedarasiyadan “QİA.AZ”a verilən məlumata görə, təlim-məşq toplanışının ardınca komanda üzvlərimiz fevralın 6-dan 22-dək Alanya və Antalya bölgələrində təşkil ediləcək müxtəlif kateqoriyalı beynəlxalq yarışlarda iştirak edəcəklər. Ölkəmizin Elit yığma komandasının üzvü, Tokio Yay Olimpiya Oyunlarında iştirak edəcək Elçin Əsədov da Türkiyənin “Salcano Sakarya” kontinental klubunun heyətində Alanyada hazırlıq prosesinə qatılıb.

Vahid idman təqvim planına əsasən, 2021-ci ildə yığma komanda üzvlərimiz Tokio Yay Olimpiya Oyunları, Türkiyənin Konya şəhərində keçiriləcək İslam Həmrəyliyi Oyunları, dünya və Avropa çempionatları, həmçinin Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) bayrağı altında keçiriləcək xeyli nüfuzlu beynəlxalq yarışlarda iştirak etməlidirlər.

Oxşar Xəbərlər