Yığmanın baş məşqçisi: Parisə bütün komandaları məğlub etmək üçün gedəcəyik

“Paris-2024” Yay Olimpiya Oyunlarında nəticə gözləyən komandalar daha çox təzyiq altında olacaq”.

QİA.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisinin baş məşqçisi Raşa Deliç “Paris-2024”dəki rəqibləri barədə danışarkən deyib.

Serbiyalı mütəxəssis turnirdəki rəqiblərinin sürpriz komandalar olmadığını bildirib: “Parisdə qadın basketbolunun 3×3 növündə favorit komandalar mübarizə aparacaqlar. Bəlkə də Azərbaycan millisini favorit hesab etmirlər, lakin mən oyunçularıma inanıram. Bəzi insanlar bizim Olimpiadaya vəsiqə əldə edəcəyimizi də düşünmürdü, ancaq Honq-Konqda qazandığımız nəticə hədəfimizin böyük olduğunu göstərdi. İndi Qadın Seriyasında oyunlar keçirəcəyik. Məqsəd Avropa yarışlarında layinqcə mübarizə aparmaqdır”.

Onun sözlərinə görə, turnirdəki heç bir rəqibdən çəkinmirlər: “Favoritin hansı yığma olması önəmli deyil. Biz Parisə bütün komandaları məğlub etmək üçün gedəcəyik”.

Qeyd edək ki, Azərbaycan millisi Parisdə Fransa, Çin, ABŞ, Avstraliya, Almaniya, İspaniya və Kanada ilə qarşılaşacaq.

Oxşar Xəbərlər