İdmanManşet

Yoldaşlıq görüşü: Millimiz Moldovaya qarşı

Movavi

Futbol üzrə Azərbaycan millisi bu gün təlim-məşq toplanışı çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirəcək.

“QİA.az”ın məlumatına görə, Canni De Byazinin baş məşqçi olduğu komanda Moldova yığmasının qonağı olacaq.

Kişineudakı “Zimbru” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bu, iki kollektiv arasında sayca 11-ci görüş olacaq. İndiyədək baş tutan 10 oyunun 8-i yoldaşlıq, 2-si isə dünya çempionatının seçmə mərhələ matçlarına təsadüf edib. Bu qarşılaşmaların üçündə Moldova, ikisində Azərbaycan millisi qələbə qazanıb. Beş görüşdə qalib müəyyənləşməyib.

Hazırda rəqib komandaya “Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin rəhbərlik edir.

6 iyun

Yoldaşlıq oyunu

20:00. Moldova – Azərbaycan

Kişineu, “Zimbru” stadionu

Qeyd edək ki, daha əvvəl Alanyada Türkiyə yığmasına 1:2 hesabı ilə uduzan Azərbaycan millisi ardınca Minskdə Belarusu eyni hesabla məğlub edib.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button