Azərbaycanda yoluxma sayının artmasının əsas səbəbi ictimai nəqliyyatdakı sıxlıqdır.
“QİA.az” bildirir ki, bu barədə ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında həkim Turanə Rəsulova deyib.
O bildirib ki, avtobuslarda sıxlığın azaldılmasına çarə kimi metronun açılması təklifləri yoluxma sayını daha da artırar:
“Metro qapalı məkan olduğu üçün orada hava dəyişmir və virusun geniş yayılması üçün şərait yaranır. Metroda yoluxma baş verərsə, onun qarşısını almaq mümkün olmaz.
Avtobuslarda isə koronaya yoluxma ehtimalını azaltmaq üçün Türkiyədə olduğu kimi, Azərbaycanda da sərnişinlərin ayaqüstə, yəni oturacaqların sayından çox sərnişin daşınması qadağan edilməlidir. Bundan başqa avtobus sayı artırılmalı və alternativ çıxış yolları barədə düşünülməlidir.
Düzdür, açıq havada sıxlıq olmasa və ara məsafə saxlanılarsa, yoluxma ehtimalı 19 dəfə azalır. Lakin sıxlıq olan yerlərdə 1 nəfərin xəstə olması kifayət edir ki, 15 dəqiqə ərzində bütün sərnişinlər virusa yoluxsun”, – o bildirib.
QİA.az