Hondurasda “Yota” qasırğası nəticəsində meydana gələn daşqınlar və torpaq sürüşmələri 357,3 insana ziyan vurub.
“QİA.AZ” xəbər verir ki, bu barədə “Tribune” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, ölkədə dörd böyük torpaq sürüşməsi olub və nəticədə 30-dan çox yolun böyük hissəsi bağlanıb.
Eyni zamanda, 7 mindən çox yaşayış binasına ziyan dəyib, ən azı beş nəfər ölüb. Hal-hazırda 750 sığınacaqda təhlükəli bölgələrdən təxliyə edilən 60 mindən çox insan var.