Yük daşıyan maşınlar toqquşdu, qarpızlar yola dağıldı

İyn27,2021

Bakı-Qazax-Gürcüstan magistral yolunun Hacıqabul rayonu ərazindən keçən hissəsində (əks istiqamətdə) avtomobil qəzası baş verib.

“QİA.az” xəbər verir ki, qarpız daşıyan “QAZel” markalı maşınlar Hacıqabulun Pirsaat kəndi ərazisində toqquşub.

Nəticədə avtomobillərə ciddi ziyan dəyib, qarpız yola tökülüb.

Qəza zamanı ölən və yaralanan olmasa da yolda kiçik tıxac yaranıb.

Oxşar Xəbərlər