Yük maşını bir zərbə ilə 10 maşını vurub keçdi: Rusiyada dəhşətli qəzanın görüntüləri

Rusiyada 11 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib.

QİA.az-ın RT-yə istinadla verdiyi məlumata görə, hadisə Nijni Novqorodda şəhərdən çıxışda baş verib.

Bildirilir ki, yük maşını piyada keçidi yaxınlığında dayanmağa hazırlaşan avtomobilləri tam sürətlə vurub keçib.

İlkin məlumatlara görə, yol-nəqliyyat hadisəsi nəticəsində azı beş nəfər yaralanıb, onlardan ikisi yeniyetmədir.

Sosial şəbəkələrdə hadisənin qorxunc görüntüləri yayılıb.

Oxşar Xəbərlər