Yunanıstan Kommunist Partiyasının (YKP) və onun gənclər təşkilatının üzvləri ABŞ tanklarını daşıyan qatarı saxlayıb və vaqonların üzərinə “Qatillər, evə qayıdın!” şüarı yazıblar.
Qeyd olunur ki, yük qatarı Aleksandrupolis limanından Bolqarıstana hərbi texnika ilə yollanıb. Afinanın ABŞ və Avropanın hərbi münaqişələrində hər hansı iştirakına qarşı çıxan yunan fəalları “Aleksandrupolis imperialistlərin qalası deyil, xalqların limanıdır” şüarları səsləndirərək yolu bağlayıblar.
“Biz bu günlərdə qatarlar və yüzlərlə yük maşını ilə Bolqarıstanla sərhədə təhlükəli hərbi materialları daşıyan NATO-nun, millətlərin cəlladlarının limandan, dəmiryolu şəbəkəsindən, bu ərazidəki düşərgələrdən istifadəsini pisləyirik”, – deyə YPK-nın Şərqi Makedoniya və Frakiya Regional Komitəsinin nümayəndəsi Stavros Bazas etiraz aksiyasını şərh edib.
Mənbə: pentapostagma.gr