Yunanıstan-Bolqarıstan interkonnektoru layihəsi çərçivəsində üfüqi qazma işlərinin başlayacağı müddət açıqlanıb

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) layihəsi çərçivəsində üfüqi qazma işləri yay aylarında başlayacaq.

QİA.AZ-ın məlumatına görə, bunu ICGB AD layihə şirkətinin baş icraçı direktoru Teodora Georgiyeva deyib.

O bildirib ki, 2013-cü ildə keçirilmiş ətraflı araşdırmalar nəticəsində və ətraf mühit təsiri nəzərə alınmaqla üfüqi qazma üsulundan istifadə etmək barədə qərar qəbul edilib:

“Texniki baxımdan çətin olan bu iş minimal ekoloji təsirə malikdir. İşlərin yayda başlaması gözlənilir. IGB-nin tikintisinin 2021-ci ilin sonunda başa çatması planlaşdırılır”.

Qeyd edək ki, IGB Yunanıstanın və Bolqarıstanın milli qaz-nəqliyyat sistemlərini birləşdirəcək. Boru kəmərinin planlaşdırılan uzunluğu 182 kilometr, buraxılış gücü iki istiqamətdə ildə 3 milyard kubmetr təşkil edir.

Oxşar Xəbərlər