Yunanıstan-Bolqarıstan interkonnektorunun istismara başlamasının müddəti uzadılıb

May26,2021

Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektorunun (IGB) istismara başlamasının müddəti 2022-ci il iyunun 30-a kimi uzadılıb.

QİA.AZ-ın məlumatına görə, bunu Bolqarıstanın Energertika və Su Təchizatının Tənzimlənməsi Komissiyasının sədri İvan İvanov deyib.

O bildirib ki, bununla bağlı ICGB AD layihə şirkətinin müracəti qəbul edilib.

Şirkətdən bildiriblər ki, koronavirus pandemiyası və layihənin Bolqarıstan sahəsindəki keçidin əlavə ekoloji qiymətləndirilməsi zərurəti boru kəmərinin tikintisini ləngidib.

Qeyd edək ki, IGB Yunanıstanın və Bolqarıstanın milli qaz-nəqliyyat sistemlərini birləşdirəcək. Boru kəmərinin planlaşdırılan uzunluğu 182 kilometr, buraxılış gücü iki istiqamətdə ildə 3 milyard kubmetr təşkil edir.

Bazar marağından və ölkələrin qaz-nəqliyyat sistemlərinin gücündən asılı olaraq, layihənin buraxılış gücü 5 milyard kubmetrədək artırıla bilər.

Oxşar Xəbərlər