Yunanıstan XİN başçısı: “Türkiyə ilə münasibətlərdə yeni mərhələ başlayıb”

“Yunanıstan və Türkiyə arasında münasibətlərin yeni mərhələsi başlayıb”.

Bunu Yunanıstanın xarici işlər naziri Giorqos Gerapetritis ERT televiziyasına müsahibəsində deyib.

O bildirib ki, Yunanıstanın baş naziri Kiriakos Miçotakislə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında mayın 13-də Ankarada baş tutan görüşdən sonra iki ölkə arasında əlaqələrdə yeni mərhələnin əsası qoyulub.

Yunanıstanlı nazir iki ölkə arasında yüksək səviyyədə təmasların artırılmasının vacibliyini qeyd edib.

“Əsas məsələ qarşılıqlı fayda verə biləcək məsələlərə fokuslanmaqdır”, – deyə Gerapetritis bildirib.

Mənbə: ert.gr

Oxşar Xəbərlər