Yunanıstanda məhkəmə dərs zamanı tibbi maska taxmayan müəlliməni hökmün üç il müddətinə icrasının möhləti hüququ ilə 12 aylıq şərti həbs cəzasına məhkum edib.
Bu barədə “QİA.AZ” “Mega” telekanalına istinadən xəbər verir.
Sürətləndirilmiş prosedur üzrə keçirilən məhkəmə pedaqoqu səs çoxluğu ilə təqsirli bilib, amma onun əvvəllər qanunu pozmamasını yekdilliklə yumşaldıcı şərt kimi qəbul edib.
Attikanın İmitos rayonunda peşə liseyinin (peşə-texniki məktəbinin analoqu) dil müəlliməsi oktyabrın 23-də internetdə sinfə maskasız gəlməsini əks etdirən videoçarxların yerləşdirilməsindən və şikayətlərdən sonra həbs edilib.
Kanalın məlumatına görə, müəllimə izah edib ki, məktəb direktoruna və şagirdlərə otitə (qulaq xəstəliyi-red) görə qoruyucu maska taxmasında fasilə etməli olacağı, amma koronavirusdan müdafiə üçün bütün başqa qaydaları qəbul edəcəyi barədə xəbərdarlıq edib.
Yunanıstan hökumətinin fevralın 25-də qəbul etdiyi “Koronavirusun qarşısının alınması və yayılmasının məhdudlaşdırılması üzrə fövqəladə tədbirlər” barədə qərarına uyğun olaraq qaydaları pozanları cərimədən başqa iki il müddətə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, ötən gün Yunanıstanda COVID-19-a 46 892 yoluxma qeydə alınıb, 673 nəfər ölüb, 9 989 pasiyent sağalıb.