Yunanıstandan çıxarılan 48 miqrant Türkiyə sahillərində xilas edilib

Yan31,2021

Türkiyənin İzmir şəhər sahillərində Yunanıstanın dəniz zonasının hüdudlarından zorla çıxarılmış onlarla miqrant xilas olunub.

Bu barədə “QİA.AZ” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Qeyd edilir ki, Türkiyənin Sahil Mühafizəsi Xidməti İzmirin qərb əyalətindəki Çeşmə kurort rayonu sahillərində 19 miqrantı xilas edib. Daha 29 miqrant İzmirdəki Dikili rayonu sahillərində xilas olunub.

Türkiyənin sahil mühafizəsinin əməkdaşları ümumilikdə 48 miqrantı xilas edərək sahilə çatdırıblar. Əcnəbilər İzmir əyalətinin Miqrantların işləri üzrə İdarəsinə çatdırılıb.

Oxşar Xəbərlər