Futbol üzrə İtaliya çempionatının üçüncü turunda “Yuventus” “Roma” ilə qarşılaşıb.
QİA.az xəbər verir ki, qarşılaşma Turinin “Allianz” stadionunda baş tutub. Görüş heç-heçə bitib – 0:0.
Oyunda futbolçular hesabı aça bilməyiblər. Hakim dörd sarı vərəqə göstərib.
Paralel matçda “Udineze” və “Komo” komandaları üz-üzə gəliblər. Oyun meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qolunu 43-cü dəqiqədə “Udineze”nin hücumçusu Brenner vuraraq komandasına üç xalı təmin edib.
Hazırkı vəziyyətə görə, “Yuventus” İtaliya çempionatının turnir cədvəlində ikinci yerdədir. Komanda üç görüşdən yeddi xal toplayıb. “Roma” iki xal qazanaraq 16-cı, “Udineze” isə 7 xalla dördüncü pillədə qərarlaşıb. “Komo” bir xal qazanaraq 20-ci yerdədir. A Seriyasının turnir cədvəlinə 7 xalla “İnter” başçılıq edir.