“Yuventus” Ronaldonu Poqba ilə dəyişmək istəyir

May30,2021

İtaliyanın “Yuventus” futbol komandasının rəhbərliyi portuqaliyalı hücumçu Kriştianu Ronaldonun “Mançester Yunayted”də çıxış edən fransız yarımmüdafiəçi Pol Poqba ilə mübadiləsi barədə düşünür.

Bu barədə “QİA.az” “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir.

Portuqaliyalı futbolçunun Turin komandası ilə müqaviləsi 2022-ci ilə qədər qüvvədədir. Ronaldonun illik maaşı 31 milyon avro təşkil edir.

Bu halda qeyd edilir ki, klubun Ronaldo ilə vidalaşmaq arzusu italiyalı baş məşqçi Massimiliano Alleqrinin komandadakı vəziyyətini ağırlaşdırır.

Qeyd edək ki, 28 yaşlı Poqba 2012-2016-cı illərdə də “Yuventus”da çıxış edib.

Oxşar Xəbərlər