İtaliyanın “Yuventus” futbol klubu transfer pəncərəsində hücumçu Kriştiano Ronaldunu “PSJ”nin braziliyalı hücumçusu Neymarla dəyişdirmək istəyir.
Bu barədə “QİA.AZ” İtaliyanın “Tuttomercatoweb” portalına istinadən xəbər verir.
Hər iki futbolçunun müqaviləsi 2022-ci ildə başa çatır. Mənbənin verdiyi məlumata görə, Turin klubu üçün prioritet argentinalı hücumçu Paulo Dibala ilə müqaviləni uzatmaqdır. 35 yaşlı Ronaldunun maaşı ildə 31 milyon avrodur.
“Yuventus” hələ yarımmüdafiəçilər Deyan Kuluşevski və Federiko Kyezanın transfer pullarını da ödəməyib.
“PSJ”nin idman direktoru Leonardo klubun mətbuat xidməti ilə söhbətində Ronaldunun transfer olacağını istisna etməyib və portuqaliyalı futbolçunun Turindən getmək istədiyini qeyd edib.