Zəfər gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Noy10,2021

8 noyabr – Zəfər günü ilə əlaqədar Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib.

Aksiya Mənzil İnşaatı Dövlət Agentliyinin ikinci layihəsi olan Hövsan Yaşayış Kompleksinin ərazisində təşkil olunub. Aksiyada Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, həmçinin hər iki qurumun 100-ə yaxın əməkdaşı iştirak ediblər.

Zəfər günü münasibətilə keçirilən tədbirin əsas məqsədi ölkəmizdə ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və ekoloji təhlükəsizliyin təmin edilməsinə töhfə verməkdir.

Aksiya zamanı ümumilikdə 1000 ədəd yeni ağac əkilmişdir. Bunlardan 670 ədədi Eldar şamı, sərv və digər ağaclar, 330-u isə müxtəlif növ meyvə ağaclarıdır. Aksiya zamanı həmçinin ərazidə olan Eldar şamı, çinar, zeytun ağacları və 100-dən çox bitkiyə qulluq göstərilmişdir.

Zəfər gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib (FOTO) - Gallery Image

Oxşar Xəbərlər