Zəngəzur dəhlizinin yaradılması regionun bütün ölkələri, o cümlədən Ermənistan üçün böyük imkanlar yaradacaq.
“QIA.AZ“ın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı analitiki, ekspert Orxan Bağırov deyib.
Onun sözlərinə görə, bu dəhlizin yaradılması Ermənistan üçün ən iri ticarət tərəfdaşı olan Rusiya bazarına birbaşa çıxış imkanı verəcək.
Ekspert əlavə edib ki, həmin dəhliz Türkiyə və Yaxın Şərq ölkələri üçün alternativ marşrut qismində xidmət edə bilər:
“Zəngəzur dəhlizi Türkiyə, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin ticarət və turizm əlaqələrini möhkəmləndirməyə kömək edəcək. Zəngəzur dəhlizinin yaradılmasının Azərbaycan üçün ən vacib cəhəti isə Naxçıvanla əlaqələrin açılması olacaq”.