Zəngəzur dəhlizi təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region ölkələri üçün geniş imkanlar yaradır – Ceyhun Bayramov

Dek22,2021

Zəngəzur dəhlizi təkcə Azərbaycan və Ermənistan üçün deyil, bütün region ölkələri üçün geniş imkanlar yaradır.

QİA.AZ-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycana səfərə gələn İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, İran da bu layihələrdən böyük töhfə alan ölkələrdən olacaq.

O qeyd edib ki, bu layihə münaqişənin həll edilməsinin müsbət elementlərindən biri kimi səciyyələndirilə bilər.

Oxşar Xəbərlər