Azərbaycanın işğaldan azad edilmiş Zəngilan, Cəbrayıl və Qubadlı şəhərlərinin girişində sənaye zonaları yaradılacaq.
QİA.Az xəbər verir ki, Oxu.Az bu barədə Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verib.
Məlumata görə, artıq bu istiqamətdə hazırlıq görülür, yaxın vaxtlarda sözügedən ərazilərdə layihələndirmə işləri aparılacaq.
Hazırda işğaldan azad edilmiş ərazilərdə 2 sənaye parkı fəaliyyət göstərir. Bunlar Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonası və Ağdam Sənaye Parkıdır.