Zəngilanda narkotik tərkibli bitkilər aşkar edilib

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan QİA.AZın məlumatına görə, tədbir zamanı rayonun Ağalı kəndi ərazisində çəkisi 100 kiloqram olan 760 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Oxşar Xəbərlər