ManşetHərbi

Zakir Həsənov Türkiyənin müdafiə naziri və baş qərargah rəisini Zəfər Bayramı və Türk Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Movavi
Trend Logo Cut

 AZ 

Zakir Həsənov Türkiyənin müdafiə naziri və baş qərargah rəisini Zəfər Bayramı və Türk Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

SİYASƏT30 Avqust 2021 09:11 (UTC+04:00)

Zakir Həsənov Türkiyənin müdafiə naziri və baş qərargah rəisini Zəfər Bayramı və Türk Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Bakı. Trend:

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara və baş qərargah rəisi ordu generalı Yaşar Gülerə təbrik məktubu ünvanlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təbrikdə deyilir:

“Sizi, ailənizi və tabeliyinizdə olan şəxsi heyəti Zəfər Bayramı və Türk Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edir, Sizə cansağlığı, uzun ömür, ailə səadəti, çətin və şərəfli işinizdə müvəffəqiyyət arzulayıram.

Əminəm ki, dost və qardaş Türk Silahlı Qüvvələri bütün çətinliklərdən layiqincə çıxacaq və qurumlarımız arasında mövcud əməkdaşlığımız bundan sonra daha da genişləndiriləcək və möhkəmləndiriləcəkdir.

Fürsətdən istifadə edərək Sizə hörmət və ehtiramımı izhar edirəm”.

Hire Freelancers

Əlaqəli xəbər

Back to top button